Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Gənclər Azad Sahibkarlıq Fəaliyyətində" İctimai Birliyi "Gənclərin asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi məqsədi ilə "Donline Podium"adlı layihəyə start verilib. SİA-nın məlumatına görə, layihə çərçivəsində gənc modelyerlərin və dizaynerlərin əl işlərinin hazırlanması nəzərdə tutulub.
Layihəyə cəlb edilənlər əsasən müxtəlif ali təhsil müəssisələrinin tələbələridir. Layihəyə əsasən gənc dərzilər öz bacarıqlarını nümayiş etməklə yanaşı, bu sahənin professionallarından yeni biliklər də əldə etmək imkanı qazanırlar.
"Gənclər Azad Sahibkarlıq Fəaliyyətində" İctimai Birliyi Enactus Proqramının vasitəsilə gənc dizayner və dərzilərə sahibkarlıq yanaşmasını, biznesin təşkili, idarəedilməsi, həyat keyfiyyətini və yaşam standartlarını necə əldə etməyı öyrədir. Bununla bağlı gənc dizayner və dərzilərimizə biznesin əsasları və sahibkarlıq yanaşması adlı kataloqun da cap ediləməsi nəzərdə tutulub.
Hal-hazırda layihədə 41 dərzi, 16 dizayner-modelyer, 12 model iştirak edir. Tikilən paltarların sayı isə 10-dur.
Yeni qoşulan dərzi və dizaynerlərin iştirakı ilə layihəni daha da genişləndirmək, o cümlədən hədəf kütləsini artırmaq məqsədi ilə dizaynerlər tərəfindən hazırlanmış paltarların nümayişi təşkil olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB