Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə 25 noyabr tarixidən Türkiyənin İstanbul şəhərində Dünya Türk Gəncləri Birliyinin layihəsi olan - "I Türk Dünyası Gənc İşadamları Toplantısı" na start veriləcək. SİA-nın məlumatına görə, toplantının məqsədi Türk Dünyası regionunun gənc işadamlarının arasında əməkdaşlığın və koordinasiyanın yaradılmasına, beynəlxalq ticarət sahəsindəki sinerjinin ölkəmizə transfer olunmasına kömək etməkdir.
Türk Dünyasının Gənc İşadamları Toplantısının əsas hədəf qrupu Avrasiya regionunda yaşayan, beynəlxalq ticarət və biznes ilə məşğul olan, 22-28 yaş arasındakı gənc işadamları, şirkət rəhbərləri, ticari qurumların məsul işçiləri, iqtisadiyyatla əlaqədar dövlət qurumlarının əməkdaşları və təmsilçiləridir.
5 günlük Toplantının proqramına, heyət rəhbərlərinin görüşü, Türk Dünyasında iqtisadi münasibətlərin inkişaf prespektivlərinin müzakirəsi və türk xalqlarının etnik-mədəni axşamları daxildir.
Tədbirdə Azərbaycanın və Türk dünyasının rəsmi simaları da iştirak edəcək.
Toplantı 30 noyabr tarixində öz işinə yekun vuracaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB