Azərbaycan Premyer Liqasının XIV turunun oyunlarına start verilib.
SİA-nın məlumatına görə, bu gün 3 oyun keçirilib. Zaqatalanın "Simurq" klubunu qəbul edən "Sumqayıt" minimal hesabla məğlub olub - 0:1.
"Qəbələ" - AZAL oyununda da bir qol qeydə alınıb. Burada meydan sahibləri qələbə sevinci yaşayıblar - 1:0.
Günün ən maraq doğuran qarşılaşması paytaxtda baş tutub.
"Bakı" "Xəzər Lənkəran"ı sınağa çəkib. Matçın ilk hissəsində qol qeydə alınmasa da, ikinci hissədə cənub təmsilçiləri qapılarında 3 top görüblər - Cavid Hüseynov, 66, Risto Rostoviç, 70, Kalonas, 83 - 3:0.
Qeyd edək ki, XIV tura şənbə və bazar günləri keçiriləcək iki oyunla yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB