Noyabrın 22-də "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" adlı layihəsi çərçivəsində Tovuz şəhər Mədəniyyət evində təlim keçirib. SİA-ya verilən məlumata görə, təlim dövlət himninin səslənməsi ilə başlayıb.
Tədbiri Tovuz rayonu gənclər və idman idarəsinin rəsisi Sahib Ələsgərov açaraq qonaqları salamladıqdan sonra, sözü "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin (TUMİB) sədri Çingiz Bayramova verib. TUMİB sədri layihənin əhəmiyyətindən danışaraq bildirib ki, bu layihənin məqsədi Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Tovuz şəhərlərində yaşayan 14-29 yaşlı yeniyetmə və gənclər arasında vətənpərvərlik və Azərbaycançılıq ideologiyası ilə bağlı təbliğat işlərinin daha da sürətləndirmək, bu istiqamətlə ölkə miqyasında gedən proseslərə dəstək olmaq, mövcud sahədəki təcrübənin inkişaf erdirilməsi, dövlətin və millətin mənafeyini hər şeydən üstün tutmağı gənclərimizə çatdırmaqdır. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin "Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gündə fəxr edirəm ki, mən Azərbaycanlıyam" fikiri Azərbaycançılıq məfkurəsinin güclənməsi üçün əsl vətənpərvərlik örnəyidir.
Jurnalist Araşdırmaları Mərkəzinin sədri, TUMİB-in İdarə Heyətinin üzvü Seymur Verdizadə, "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin icraçı direktoru Əvəz Rüstəmov, Tovuz dövlət rəsim qalereyasının direktoru Mayıl Ələkbərov çıxışlarında Tovuz rayonunun cəbhə bölgəsi olmasını nəzərə alaraq, vətənpərvərlik təbliğatının xüsusi əhəmiyyətindən söz açıblar.
Tədbirin sonunda iştirakçılara TUMİB-in diplomlar təqdim edilib.
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB