“Nazirlərin məktəbi”nin direktoru vəfat etdi

“Nazirlərin məktəbi”nin direktoru vəfat etdi

Səbail rayonundakı "nazirlərin məktəbi" kimi tanınan Məmməd Rahim adına 7 saylı orta məktəbin direktoru vəfat edib. SİA-nın məlumatına görə, dünən axşam saatlarında vəfat edən tanınmış pedaqoq Gülnaz Mehdizadə bu gün dəfn olunub.

Qeyd edək ki, onun bir neçə gün əvvəl ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyi və bu müddət ərzində səhhəttində yaxşılığa doğru dəyişikliyin olmadığı bildirilir.

Allah rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə