İradə Əliyeva: “Fərdi elektron pəncərə” layihəsi QHT-lərin işini daha dəqiq aparmalarına xidmət edəcək”
Bəlli olduğu kimi, qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsi üçün "Fərdi elektron pəncərə" elektron məlumat sistemi yaradılması haqqında Azərbaycan Respublikasının Prezidenti Sərəncam imzalayıb. Məsələ ilə bağlı Milli QHT Forumunun İdarə heyətinin üzvü və "Zəngin Azərbaycan Uğrunda Marifləndirmə İctimai Birliyi"nin sədri İradə Əliyeva SİA-ya açıqlamasında "Fərdi elektron pəncərənin" gərəkli bir addım olduğunu bildirdi.
Onun sözlərinə görə, Azərbaycan prezidentinin bütün shələrlə yanaşı, QHT sektoruna qayğısı göz qarşısındadır: "Bu ələlxüsus bir neçə il bundan öncə Azərbaycan Respublikasınnın Prezienti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması ilə özünü biruzə vermişdi. Bu qurumun yaradılmasında başlıca məqsəd xalqa və xalqın maraqlarına xidmət etmək məqsədi daşıyır".
İ.Əliyevanın sözlərinə görə, QHT-lər arasında qeydiyyatdan keçərək fəaliyyət göstərənlər və qeydiyyatdan keçmədən fəaliyyət göstənlər mövcuddur. Xüsusilə yaradılacaq "Fərdi elektron pəncərə" layihəsi QHT-lərin işini daha dəqiq aparmalarına, müəyyən işlərin tənzimlənməsinə xidmət edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB