Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 90 illik yubileyi ilə bağlı silsilə tədbirlər davam edir. SİA-nın məlumatına görə, bu gün Universitetin "Kulturologiya" fakültəsinin "Multikulturalizm prosesləri qloballaşma şəraitində" adlı təşkil etdiyi beynəlxalq elmi – nəzəri konfrans da bu məqsədə xidmət edir.
Konfransı giriş sözü ilə açan Universitetin rektoru, Əməkdar İncəsət Xadimi, professor Timuçin Əfəndiyev konfrans iştirakçılarını salamlayaraq tədbirin əhəmiyyətindən danışdı.
Sonra konfransda multikulturalizmin bir sıra problemləri haqqında maraqlı məruzələr dinlənildi.
Tədbirdə Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin birinci katibi Ravil Barisoviç Zaripov, Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin koordinatoru - Mustafa Haşim Polat, Rusiya Federasiyasında Heydər Əliyev Forumunun sədri - Mirkazım Seyidov, "Dirçəliş" Almanların Milli-Mədəni cəmiyyətinin rəhbər müavini - (Rudolf K.Qil) Rustam Kerrar Aleskerov, Gürcü Yəhudilərin Cəmiyyətinin sədri - Beker Mixail, Maşide Mehmet Memiş və s. qonaqlar konfransda işitrak ediblər.
Sonda qonaqlar da çıxış edərək, öncə univeristetin 90- illiyi münasibtilə təbriklərini söyləyərək, keçirilən konfransın əhəmiyyətindən və qoyulan mövzu haqqında fikirlər söylədilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB