İstanbulda "Azərbaycan obyektivdə" sərgisinin açılışı olub. SİA-nın məlumatına görə, Riff Art Projects" azərbaycanlı fotoqraf Asim Talıb, onun həmkarı Rəna Əfəndi və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Türkiyə Nümayəndəliyinin rəhbəri Rəna Rzaeva çıxış ediblər.
Ece Vahapoğlu məlumat verib ki, "Qocalar" əsərinə görə Asim Talıb müsabiqənin qalibi seçilib. Azərbaycanın bəzi bölgələrinin uzun ömürülü insanları ilə məşhur olmasını qeyd edən E.Vahapoğlu Asimim "Qocalar" foto əsəri 1985-ci ildə, artıq 20 ildir Ermənistan tərəfindən işğal olunan Kəlbəcər rayonunda çəkilib.
Ece Vahapoğlu daha sonra deyib: "Hazırda Qahirədə yaşayan tanınmış azərbaycanlı fotoqraf Rəna Əfəndinin "Arzuların kəməri" adlı ilk fotomonoqrafiyasında Bakı-Tbilisi-Ceyhan kəməri boyunca yaşayan sıravi Azərbaycan, Gürcüstan və Türkiyə vətəndaşlarının həyatı əks olunub. Rəna Əfəndi həmçinin, 1986-cı il nüvə faciəsindən sonra Çernobl və 2008-ci il Rusiya-Gürcüstan müharibəsiylə bağlı fotoşəkillərin də müəllifidir."
Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Türkiyə Nümayəndəliyinin rəhbəri Rəna Rzaeva bildirdi ki, bugünki sərgi Şərq və Qərb dəyərlərini özündə birləşdirən Azərbaycanın möhtəşəm gözəlliyi, onun zəngin mədəni irsi ilə tanış edəcək. Şəkillər tarixi və memarlıq abidələrini, şəhərlərdə, ucqar kəndlərdə çəkilmiş əsrarəngiz Azərbaycan təbiətini və insanların mehribanlığını əks etdirir. R.Rzayeva ümidvar olduğunu bildirdi ki, qalereyada sərgilənən fotoşəkillər Azərbaycanda hələ də olmayanları oraya səfər etməyə ilhamlandıracaq.
Qeyd edək ki, sərgi turu Avropa Azərbaycan Cəmiyyətinin fəaliyyət göstərdiyi şəhərlər üzrə keçirilib. Ən sonuncu dayanacaq İstanbuldur. Sərginin ilk açılış mərasimi 2012-ci ilin noyabr ayında Londonda olub. Daha sonra 2013-cü ilin mart və iyun aylarında Paris və Brüsseldə təşkil edilib. Fotoşəkillər, TEAS-ın elan etdiyi müsabiqəyə Azərbaycan və dünyanın hər bir bölgəsindən göndərilmiş 750-dən çox şəkilin içərisindən seçilib.
Müsabiqənin münsiflər heyəti tanınmış fotoqraf Henri Dallal və "Condé Nast Traveller" jurnalının foto redaktoru Karolin Metkalfdan ibarət idi. Birinci yerə Asim Talıbın "Qocalar", ikinci yerə Etibar Cəfərovun "Bibi Heybət məscidi" və üçüncü yerə Fuad Babayevin "Alovlar və iynə" əsərləri layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB