Milli Məclis bir neçə qanunda dəyişikliklər edib. SİA-nın məlumatına görə, həmin qanun layihələri Azərbaycanın İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi, "Patent haqqında" qanunda dəyişikliklər edilməsi və "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" qanunda dəyişikliklər edilməsi barədə olub.
Parlamentin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə çıxışında qeyd edib ki, hər 3 qanun layihəsindəki dəyişiklər redaktə xarakterli dəyişikliklərdir.
Millət vəkilləri hər 3 qanun layihəsini səsə qoyaraq qəbul ediblər.
Daha sonra Milli Məclis Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsini qəbul edib.
Millət vəkili Eldar İbrahimov bildirib ki, məcəllənin bəzi maddələrində müstəsna sözü var: "Bu söz də qanunda müəyyən boşluqlar buraxır. Ona görə də yerlərdə bəzi insanlar bundan sui-istifadə edir".
Sonra deputatlar "Daşınmaz əmlakın dövlət reyestri haqqında" və "Dövlət rüsumu haqqında" qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrini qəbul ediblər. Burada aparılan dəyişiklər də redaktə xarakterli dəyişiklər olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB