Gəncədə 2016-ci il Avropanın Gənclər Paytaxtı seçilməsi münasibətilə şəhər tədbiri keçirilib FOTO

Gəncədə 2016-ci il Avropanın Gənclər Paytaxtı seçilməsi münasibətilə şəhər tədbiri keçirilib FOTO

Gəncə şəhərində fəaliyyət göstərən ali və orta ixtisas təhsili ocaqları, idarə, müəssisə və təşkilatların kollektivləri Gəncənin 2016-cı il Avropanın Gənclər paytaxtı seçilməsi münasibətilə şəhər yürüşü təşkil edib.

SİA-nın məlumatına görə, Gəncənin gəal gəncləri əllərində Azərbaycan bayraqları və "2016-cı il Avropanın gənclər paytaxtı Gəncə" yazılan şüarlarla şəhərin müxtəlif küçə və prospektlərini gəziblər. Gəncənin baş meydanında isə bayram münasibətilə konsert proqramı təşkil edilib.

Gəncə Dövlət Filarmaniyasının xalq çalğı alətləri ansamblı solistləri və şəhərin tanınmış incəsənət ustaları ifa etdikləri bayramsayağı mahnılarla tədbirə rəngarənglik qatıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə