Zahid Oruc ədliyyə nazirini parlamentə dəvət etdi

Zahid Oruc ədliyyə nazirini parlamentə dəvət etdi

"Beynəlxalq səviyyədə fırıldaqçı kimi tanınan Elşad Abdullayev 5 200 şəxsi aldadıb. Aldadılan şəxlər 4 ildir ki, universiteti bitiriblər. Onların diplomları tanınmır, bəs belə olan halda onların ödədikləri pulu kim verəcək?". SİA-nın məlumatına görə, bunu Milli Məclisin bugünkü plenar iclasında millət vəkili Zahid Oruc Mülkü Məcəlləyə dəyişikliklərlə bağlı çıxışında deyib.

"Elə təşkilatlar var ki, illərdir qeydə alınmır. Elə təşkilatlar da var ki, qeydiyyata alınması çox yubadılır. Hüquqi şəxsin qeydiyyata alınması niyə bu qədər gecikdirilir? Ona görə də bu qanunu qəbul etməklə bu kimi məsələlərə yenidən baxılmasını istəyirəm. Lazım gəlsə ədliyyə naziri Parlamentə dəvət edilsin ki, həmin təşkilatların qeydiyyat məsələlərinin hansı səbəbdən gecikdiyini açıqlasın".

Bütün xəbərlər Facebook səhifəmizdə