"AMEA-da magistratura yaradılmalıdır"

"AMEA-da magistratura yaradılmalıdır"

"AMEA-da magistratura yaradılmalıdır. Mənim fikrim budur". SİA-nın məlumatına görə, bu sözləri AMEA-nın prezidenti Akif Əlizadə bu gün keçirilən mətbuat konfransında deyib.

Rəsədxana yaxınlığındakı binaların tikintisinə qadağa qoyulması ilə bağlı məsələyə toxunan A.Əlizadə bildirib ki, bununla bağlı Prezident Administrasiyasına müraciət edilib.

Nazirliklərin nəzdində olan elmi-tədqiqat institutları AMEA-nın tabeliyinə verilə bilərmi sualına isə AMEA prezidenti cavab verib ki, bu məsələyə baxmaq olar.

Bütün xəbərlər Facebook səhifəmizdə