Almaniya Bundestaqının "Beynəlxalq parlament təqaüdü" ilə bağlı məlumatlandırma tədbiri keçirilib

Almaniya Bundestaqının "Beynəlxalq parlament təqaüdü" ilə bağlı məlumatlandırma tədbiri keçirilib

Bu gün Azərbaycan Diplomatik Akademiyasında (ADA) Almaniya Bundestaqının "Beynəlxalq parlament təqaüdü" ( IPS) ilə bağlı azərbaycanlı tələbələri məlumatlandırmaq üçün tədbir keçirilib. SİA-nın məlumatına görə, proqramda iştirak edəcək namizədləri seçmək məqsədilə Almaniyadan Azərbaycana gələn nümayəndə heyətinin rəhbəri Bernhard Şulte - Drüggelte bildirib ki, İPS çərçivəsində hər il 28 ölkədən ümumilikdə 120 təqaüdçüyə 5 ay ərzində, 2014-cü ilin 3 martından 2014-cü ilin 31 iyuluna qədər Almaniya Bundestaqı tərəfindən verilən təqaüd vasitəsilə Almaniyanın parlament sistemi ilə tanış olmaq imkanı verilir: "Proqramın məqsədi siyasi və demokratik qərarvermənin bilavasitə şahidi olmağa imkan yaratmaqdır. Seçiləcək təqaüdçülər bu müddət ərzində bir Bundestaq deputatının ofisində işləyirlər həmçinin Berlin universitetlərinin birində təhsil alırlar. Bundan əlavə, onlar mühazirələr və təhsil tədbirlərində iştirak edə bilirlər. Proqram Almaniya Bundestaqı prezidentinin himayəsi altındadır və üç Berlin universitetləri ilə birlikdə həyata keçirilir. Bütün yol, yaşayış və sığorta xərcləri aylıq təqaüd daxil olmaqla, Almaniya Bundestaqı tərəfindən ödənilir. Hər il, dekabr ayından başlayaraq Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyində IPS proqramında iştirak etmək üçün sənəd qəbuluna start verilir".

Daha sonra 2011-ci ildə bu proqramın iştirakçısı olan Leyla İbrahimova IPS-də qazndığı təcrübəni tələbələrin diqqətinə çatdırıb.

Tədbirin sonunda nümayəndə heyəti tələbələri maraqlandıran sualları cavablandırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə