Bakı şəhər Gənclər və İdman Baş idarəsi tərəfindən Azərbaycan Müəllimlər İnstitutunda tələbələrin iştirakı ilə bilik yarışması keçirilib. İdarənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, yarışmada 10 komanda iştirak edib. Tədbirdə Müəllimlər İnstitutunun prorektoru Rəşad Sadıqov, Baş İdarənin gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov tədbir iştirakçılarını salamlamış, onlara uğurlar arzulayıblar.
Yarışma komandalar arasında sağlam rəqabət şəraitində keçib, verilən suallar məntiq, dünya görüşü əhatə edib. Sonda qalib komandalar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB