21 noyabr 2013-cü ildə Türkiyədə "Qafqazdan Anadoluya mədəniyyət körpülərimiz: Seyid Yəhya Bakuvi və Xəkvətilik" mövzusunda Beynəlxalq Simpozium öz işinə başlamışdır. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu, Əskişəhər Valiliyi, Qafqaz Universitetləri Birliyi və Milli Tolerantlıq Mərkəzi ilə birlikdə təşkil etdiyi simpozium bu il Türk dünyasının mədəniyyət paytaxtı seçilmiş Əskişəhərdə, Osman Qazi Universitetində baş tutulmuşdur. Simpoziuma Azərbaycan, Türkiyə, Orta Asiya və Balkan ölkələrindən 300-dən çox qonaq, o cümlədən rəsmi şəxslər, elm adamlar və din xadimləri qatılıblar. SİA-ya verilən məlumata görə, simpoziumun açılış mərasimi DQİDK-nın təşəbbüsü ilə çəkilmiş "Əbədi işığın abidəsi: Şamaxı cümə məscidi" filmi ilə başlayıb.
Rəsmi açılış mərasimində çıxış edən Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Ulu Öndər Heydər Əliyevin "Bir millət iki dövlət" sözlərini xatırladaraq son iki yüz ildə Azərbaycanla Türkiyənin bir-birilərinə indiki qədər yaxın olmadığını, bu gün iki qardaş ölkənin daha da yaxınlaşması üçün böyük tarixi şans yarandığını bildirib.
G.İsmayılov qeyd edib ki, Azərbaycan xalq bu gün Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərə diqqət və qayğısını yüksək qiymətləndirir. Dövlət Komitəsinin rəsmisi qeyd edib ki, təkcə 2003-2013-cü illər ərzində ölkədə 216 məsciddə inşa və əsaslı təmir və yenidən qurma işləri aparılıb, o cümlədən dövlət vəsaiti hesabına və Heydər Əliyev Fondunun təşəbbüsü ilə 20-dan artıq məscid tikilmiş və ya əsaslı bərpa olunmuş və bu proses hazırda uğurla davam etdirilir.
G.İsmayılov xatırladıb ki, ötən ay Parisdə UNESCO-nin mənzil-qərargahında Heydər Əliyev Fondunun təşəbbüsü və Dövlət Komitəsinin təşkilatçılığı ilə Seyid Yəhya Bakuviyə həsr edilmiş Beynəlxalq Simpozium keçirilib. "Seyid Yəhya Bakuvi: Tolerntlığın ifadəsi" adlanan Simpozium Heydər Əluyev Fondunun təşəbbüsü ilə UNESCO tərəfindən 2013-cü ilin Bakuvi ili elan edilməsi ilə əlaqədar Dövlət Komitəsi tərəfindən keçirilmiş 30-dan artıq silsilə tədbirləri beynəlxalq müstəviyə çıxarıb.
Qeyd edək ki, silsilə tədbirlərin yekunu olaraq 24-25 noyabrda Bakıda "Qafqazdan Anadoluya mədəniyyət körpülərimiz: Seyid Yəhya Bakuvi və Xəlvətilik" adlı beynəlxalq simpoziumu keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB