Uşaqlarla bağlı tədbir keçirilib

Uşaqlarla bağlı tədbir keçirilib

20 noyabr 2013-cu ildə Uşaq Hüquqları Konvensiyasının yaranması günü münasibətilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ASAN №1 Xidmətində yerləşən uşaq guşəsində tədbir keçirib. SİA-nın məlumatına görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları gün ərzində 1 saylı ASAN xidmət mərkəzinin uşaq guşəsindən bəhrələnən uşaqlara və valideynlərinə Ümumdünya Uşaq Hüquqları günü və uşaq hüquqları barədə maarifləndirici məlumat verməklə yanaşı hər bir uşağın normal inkişafı, fiziki, əqli və mənəvi cəhətdən hüqüqlarının təmin edilməsi barədə də valideynlərlə söhbətlər aparıblar.

Tədbirdə uşaq hüquqları, erkən nikahlar və yeniyetmələrin internet təhlükəsizliyi haqqında çoxsaylı bukletlər və metodiki vəsaitlər paylanıb, uşaq və valideynlər üçün uşaq hüquqları və Azərbaycanda Dövlət Uşaq Siyasətindən bəhs edən qısametrajlı film və roliklər nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə