Payız gəldi, ağacəkmə mövsümü başladı

Payız gəldi, ağacəkmə mövsümü başladı

Füzuli rayonunda ağacəkmə aksiyaları keçirilib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, rayonda məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə və Horadiz şəhərinin müxtəlif ərazilərində çoxlu sayda müxtəlif növ ağac kolları əkilib. Bu günə qədər rayonun müxtəlif ərazilərində 15 minə qədər ağac əkilib.

Qeyd edək ki, rayonda ağacəkmə aksiyası hələ bir necə ay davam edəcək. Bunun üçün xarici ölkələrdən və respublikamızın müxtəlif rayonlarından ağaclar gətirilir.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə