Orta məktəb dərslikləri, uşaq ədəbiyyatı vergilərdən azad olunurlar

Orta məktəb dərslikləri, uşaq ədəbiyyatı vergilərdən azad olunurlar

Orta məktəb dərslikləri, uşaq ədəbiyyatı vergilərdən azad olunurlar. SİA-nın məlumatına görə, məsələ ilə bağlı Vergilər Məcəlləsinə (VM) dəyişikliklər edilib. Dəyişikliklər edilməsi nəzərdə tutulan qanun layihəsi Milli Məclisin İqtisadi siyasət komitəsinin bugünkü iclasında müzakirə olunub.

Komitənin sədri Ziyad Səmədzadə bildirb ki, VM-nin 164.1.8-ci maddəsinə dəyişiklik edilməsi təklif olunur.

Həmin təklifə əsasən, ümumtəhsil müəssisələrində dərslik komplektləri (iş dəftərləri istisna olmaqla), uşaq ədəbiyyatının isrehsalı ilə bağlı redaksiya, nəşriyyat-poliqrafiya fəaliyyəti vergi ödəməkdən azad olunurlar.

Qanun layihəsi geniş müzakirələr açılmadan parlamentin plenar iclasına tövsiyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə