"Əkilən 2 milyon 515 min ağacdan yalnız 90-100 mini quruyub"

"Əkilən 2 milyon 515 min ağacdan yalnız 90-100 mini quruyub"

"Son 3 ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) damcılı suvarma ilə müşahidə olunan 1382 hektar zeytunluq salıb". SİA xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib.

Onun sözlərinə görə, bu müddət ərzində təkcə Abşeron yarımadası və ətraf ərazilərdə salınan 3500 hektardan çox yaşıllaşdırılan ərazinin yarısı deməkdir: "2012-ci ilin sonuna kimi əkilən 2 milyon 515 min ağacdan yalnız 90-100 mini quruyub ki, bu da 2-3% deməkdir. Bu işlər əvvəllər şimal istiqamətində yol boyu Şamaxıda Beşbarmaq ərazisinə kimi çatırdısa, indi Siyəzən, Dəvəçiyə doğru əkinlər aparılır. Yaxın 1 ildə mövcud istiqamətdə yollar başdan-başa yaşıllaşdırılacaq. Gələn illərdə isə bu işlər Salyan, Hacıqabul rayonlarında da davam etdiriləcək".

Nazir bildirib ki, tarix boyu Azərbaycanda 1400 hektar zeytunluq salınıb: "Amma zeytunluqların çoxu şəhərin inkişafı nəticəsində məhv olub".

Bütün xəbərlər Facebook səhifəmizdə