Noyabrın 22-23-də İtaliyanın paytaxtı Romada Avropa Olimpiya Komitəsinin (AOK) 42-ci Baş Assambleyası keçiriləcək.
SİA-nın məlumatına görə, assambleyada Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov, MOK-un Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Könül Nurullayeva, "Bakı – 2015" Avropa Oyunlarının Əməliyyat şirkətinin İcraçı direktorunun müavini Cim Şerr və başqaları iştirak edəcəklər.
Assambleya seçki xarakteri daşıyacaq və iki gün davam edəcək tədbirdə, həmçinin AOK-un prezidenti, vitse-prezidenti, baş katibi vəzifələrinə və İcraiyyə Komitəsinə seçkilər keçiriləcək.
Tədbir zamanı Avropanın kiçik dövlətlərinin iştirakı ilə keçiriləcək XV Oyunlarının hesabatı, Avropa Gənclərinin Olimpiya Festivallarının XI Qış və XII Yay buraxılışlarına dair yeniliklər, "Soçi – 2014" Qış Olimpiya Oyunları, "Rio – 2016" Yay Olimpiya Oyunları, "Pyeonçang – 2018" Qış Olimpiya Oyunları və 2020-ci ildə Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunları haqda təqdimatlar ediləcək.
Noyabrın 23-də Avropa Oyunları ilə bağlı AOK-un Əlaqələndirmə Komissiyasının rəhbəri Spiros Kapralos, onun müavini Zlatka Matesanın iştirakı ilə "Bakı – 2015" Avropa Oyunlarını təqdimatı olacaq.
A.Rəhimov, K.Nurullayeva və Cim Şerr Bakı şəhərinin oyunlara son hazırlıq durumu ilə bağlı məruzə ilə çıxış etməklə yanaşı, Milli Olimpiya Komitələrini maraqlandıran suallara cavab verəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB