Buludlu hava şəraiti sabah da davam edəcək PROQNOZ

Buludlu hava şəraiti sabah da davam edəcək PROQNOZ

"Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək". Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, noyabrın 22-də paytaxtda və yarımadada havanın temperaturunun gecə 4-8, gündüz 11-13 dərəcə isti olacağı gözlənilir.

Məlumata əsasən, sabah ölkənin bölgələrində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, Lənkəran-Astara zonasında isə yağış yağacağı gözlənilir: "Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-9, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir"

Qeyd edək ki, yaxın 2 gün ərzində Abşeron yarımadasında meteorolji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə