IV Beynəlxalq Ətraf Mühit Sərgisi öz işinə başlanıb

IV Beynəlxalq Ətraf Mühit Sərgisi öz işinə başlanıb

Noyabrın 20-də Bakıda Ekologiya və Təbii Sərvətlər Nazirliyi və IDEA kampaniyasının dəstəyi, "Iteca Caspian" şirkətinin təşkilatçılığı ilə "Xəzər: Ətraf Mühit üçün Texnologiyalar" IV Beynəlxalq Ətraf Mühit Sərgisi (CTE-2013) öz işinə başlayıb. SİA-nın məlumatına görə, sərgi müxtəlif ölkələrdən: Azərbaycan, Almaniya, BƏƏ, İspaniya, İtaliya, Qazaxıstan, Rusiya və Türkiyədən olan şirkətləri, dövlət qurumlarını və qeyri hökumət təşkilatlarını bir araya gətirib.

IDEA keçirilən sərgidə reallaşdırmış olduğu yerli və beynəlxalq tədbirləri əks etdirən böyük ölçülü stend ilə iştirak edib. IDEA-nın mətbuat xidmətindən verilən məlumata görə, Kampaniya artıq ikinci ildir ki, bu böyükmiqyaslı beynəlxalq sərgidə yer almaqdadır.

Qeyd edək ki, Azərbaycanda və xaricdə fəaliyyət göstərən yerli və beynəlxalq qurumlar "CTE-2013" sərgisinə xüsusi diqqət ayırmaqdadır.

Məlumata görə, "Təmiz Şəhər" ASC, "Azərsu" ASC, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Xəzər Dəniz Gəmiçiliyi, Dövlət Aerogeodeziya Müəssisəsi, Bakı Kartoqrafiya Fabriki, Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzi, Dövlət Yerquruluşu Layihə İnstitutu və digər qurumlar hər il sərgidə fəal iştirak nümayiş etdirir.

Təbii və bərpa olunan ehtiyatların səmərəli istifadəsi və alternativ enerji avadanlıqları sahəsində ən müasir nümunələrin nümayiş olunduğu sərgi noyabr ayının 22-ə qədər davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə