“Enerji təhlükəsizliyinə müştərək yanaşma: NATO və digər tərəflərin mövqeyi” FOTO

“Enerji təhlükəsizliyinə müştərək yanaşma: NATO və digər tərəflərin mövqeyi” FOTO

SAM və NATO "Enerji təhlükəsizliyinə müştərək yanaşma: NATO və digər tərəflərin mövqeyi" mövzusunda konfrans keçirib. SİA-nın məlumatına görə, 21 noyabr 2013-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və NATO-un Enerji Təhlükəsizlik üzrə Mükkəməllik Mərkəzinin birgə təşkilatçılığı ilə "Enerji təhlükəsizliyinə müştərək yanaşma: NATO və digər tərəflərin mövqeyi" mövzusunda konfrans keçirilib.

Strateji Araşdırmalar Mərkəzinin Direktoru Dr. Fərhad Məmmədov və NATO-un Enerji Təhlükəsizlik üzrə Mükkəməllik Mərkəzinin Direktor Müavini Ltc. Nikolas Henri giriş sözü ilə açıb.

Moderatorunun Bakı Dövlət Universitetinin müəlliimi Dr. Bəxtiyar Aslanbəylinin olduğu "NATO ilə Azərbaycanın əməkdaşlığı – Müştərək Təhlükəsizlik Aspektindən Yanaşma" mövzusunda olan birinci sessiyanın məruzəçiləri NATO Enerji Təhlükəsizlik Mərkəzi yanında Strateji Təhlil və Tədqiqat Qrupunun Rəhbəri Dr. Arūnas MOLIS "Hərbi Əməliyyatlar üçün Enerji Təhlükəsizlik Məsələlərinin Həlli" mövzusunda, NATO Enerji Təhlükəsizlik Məsələləri Qrupunda Enerji Təhlükəsizlik Şöbəsinin Rəhbəri Maykl Röhle "Enerji Təhlükəsizliyi üzrə Əməkdaşlıq: Cari Vəziyyət və Gələcək Perspektivlər" mövzusunda, Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı Cavad Tinayev "Azərbaycanda Boru Kəmərlərinin Təhlükəsizliyi – NATO-ya Təqdim Olunmuş Təkliflər" mövzusunda, İSDEFE İnfrastruktur və Enerji Meneceri Xuan Virqilio Markez "Hərbi Əməliyyatlarda Enerji Təhlükəsizliyi" mövzusunda çıxışlar edib.

Moderatorunun Dr. Arūnas Molis olduğu "Xəzər qazinin Avropaya nəqli – növbəti mərhələ nədir?" ikinci sessiyasının məruzəçiləri Marselo Masera (Avropa Komissiyası yanında Birgə Tədqiqat Mərkəzi) "Avropada Kritik Enerji İfrastrukturu: Tədqiqat və Problemlər" mövzusunda, SAM-ın aparıcı elmi işçisi Gülmira Rzayeva "Post-qərar dövrü: növbəti mərhələ" mövzusunda, Vudro Vilson beyin mərkəzinin Avropa Enerji Təhlükəsizliyi üzrə məsləhətçisi Dr. Aleksandros Petersen və s. çıxışlar etdiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə