Şirməmməd Hüseynov: “Bunu vicdansızlıqdan başqa heç nə adlandırmaq olmaz”

Şirməmməd Hüseynov: “Bunu vicdansızlıqdan başqa heç nə adlandırmaq olmaz”
"Yeni Müsavat" qəzetinin ötən sayında Elşad Paşasoyun "Demokratik ölkələrə baxanda biz cəhənnəmdəyik..." sərlöhvəli yazısında görkəmli jurnalist Şirməmməd Hüseynovun yaradıcılığına həsr olunmuş məqalə dərc edilib. Lakin sözügedən məqalədə Şirməmməd Hüseynovun fikirləri təhrif olunduğuna görə, o bəyanatla çıxış edib və belə bir söz demədiyini bildirib.

SİA-nın məlumatına görə, məsələ ilə bağlı açıqlama verən qocaman mətbuat işçisi qeyd edib ki, ümumiyyətlə, jurnalist müsahibə alarkən, heç bir təhrifə yol verməməlidir. Çünki belə olan halda həmin jurnalistin vicdanı itə bilər: "Bir daha bəyan edirəm ki, müstəqil dövlətdə cəhənnəm ola bilməz! Ümumiyyətlə, müxtəlif istiqamətlərdə müəyyən çətinliklər ola bilər, ancaq bu çətinlikləri cəhənnəmə bənzətmək məncə, dorğu yol deyil. Yenə də sual edirəm ki, nəyə görə Elşad Paşasoy düzgün başa düşmədiyi fars atalar sözünün yerinə mənim işlətdiyim "Vətən də bizimdir, millət də bizimdir, dövlət də bizimdir" başlığını istifadə etməyib? Burada məqsəd nə olub? Vətəni cəhənnəmə bənzətmək, bu sözləri demək üçün gərək vicdanını itirəsən".

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com