Azərbaycan növbəti dəfə BSTA-nın Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvü seçilib
Azərbaycan Respublikası növbəti dəfə inkişaf etmiş Avropa ölkələri ilə bir sırada Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvü seçilib. SİA-nın məlumatına görə, bu barədə qərar BSTA-nın 31-ci Baş Assambleyası çərçivəsində Assosiasiyasının Avropa Şəbəkəsi Rəhbər Komitəsinə keçirilən seçkilərdə verilib. Toplantıda həmçinin Assosiasiyanın yeni fəaliyyət proqramı və 2014-2016-cı illər üçün büdcəsi təsdiq olunub, BSTA-nın Prezidenti və Xəzinədarı vəzifələrinə, Nəzarət Komissiyası və Büro üzvlüyünə seçkilər keçirilib.
Azərbaycanın yenidən BSTA-nın Avropa Şəbəkəsinin Rəhbər Komitəsinə seçilməsi ölkəmizin sığorta-pensiya sahəsində əldə etdiyi nailiyyətlərə verilən yüksək qiymət olmaqla yanaşı, bu sahədəki islahatçı imicinin və yüksək beynəlxalq nüfuzunun əyani göstəricisidir.
Ölkəmizdə beynəlxalq standartlara uyğun yeni sosial müdafiə modelinin təşəkkül tapması və həmin modelin mühüm tərkib hissəsi olan sığorta-pensiya sistemində islahatların davam etdirilməsinin Azərbaycan Respublikası Prezidentinin xüsusi diqqət mərkəzində saxlaması indiyə qədər əldə olunan bütün uğurların başlıca təminatçısı olub. Ölkəmizin sığorta-pensiya modelinin nüfuzlu beynəlxalq təşkilatlar və maliyyə institutları tərəfindən yüksək dəyərləndirilməsinin nəticəsi kimi, hələ 2004-cü ildə Azərbaycan BSTA-nın büro üzvü, 2007-ci ildə isə Assosiasiyanın Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvü seçilib. 2011-ci ilin iyun ayında isə Bakı şəhərində BSTA-nın Avrasiya regionu üzrə Əlaqələndirmə Mərkəzi açılıb. Azərbaycan Assosiasiya çərçivəsində yüksək səviyyədə müvafiq qərarların qəbul edilməsində xüsusi rola malikdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB