“Gənclər klubu” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

“Gənclər klubu” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənclər Fondunun elan etdiyi III qrant müsabiqəsinin C kateqoriyası üzrə qalibi Günay Məmmədovanın müəllifi olduğu "Gənclər klubu" layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

Tədbirdə layihənin icrasını həyata keçirən Cabir Məmmədov layihənin məqsəd və məramından söhbət açıb. Qeyd olunub ki, məqsəd gənclərə milli dəyərlərimizi xatırlatmaq, aşılamaq, əxlaqi dəyərlərin gənclik, cəmiyyət üçün böyük önəmini çatdırmaqdır. Bundan başqa gəncliyin üzərinə düşən ictimai məsuliyyəti onlara xatırlatmaqdır.

O da diqqətə çatdırılıb ki, "Gənclər klubu"nda təşkil edilən görüşlərdə çalışdığı sahədə uğur qazanan insanlar öz məsləhətlərini, nəsihətlərini, təcrübələrini bölüşürlər.

"Gənclər klubu"nun qonağı isə 40 ildən artıq pedaqoji fəaliyyətlə məşğul olan, dilçi alim, Bakı Dövlət Universitetinin professoru İfrat Əliyeva olub.

Zəngin həyat və elmi fəaliyyətindən söhbət açan İfrat Əliyeva gəncləri narahat edən məsələlərə də toxunub.

Müasir ədəbiyyatımızdakı problemlərdən, gəncliyin mütaliəyə, elmə soyuq münasibətindən danışan dilçi alim cəmiyyətimizdə intellektli, savadlı gənclərin də kifayət qədər olduğunu vurğulayıb.

Gənclərə məsləhət və tövsiyələrini çatdıran İfrat Əliyeva elmdə, təhsildə və bir çox sahələrdə uğur qazanmağın yolunun yalnız kitab və mütaliədən keçdiyini deyib.

Qonaq gəncləri maraqlandıran suallara da aydınıq gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə