“Türkiyədə Azərbaycan həftəsi” Ankara konfransı ilə öz işini yekunlaşdırıb FOTO
Noyabrın 20-də Azərbaycan nümayəndə heyəti "Türkiyədə Azərbaycan həftəsi"ni Ankara tədbirləri ilə yekunlaşdırıb. SİA-nın məlumatına görə, baş nazirin xarici siyasət məsələləri üzrə müşaviri İbrahim Kalin ilə görüş zamanı "Erməni məsələsində Azərbaycan və Türkiyə siyasətinin koordinasiyası" mövzusu müzakirə olunub.
Daha sonra Türkiyə Xarici İşlər Nazirliyində diplomatlar və Türk XİN SAM ilə dəyirmi masada "Azərbaycanın xarici siyasəti - Azərbaycanın region siyasəti - Azərbaycan-Türkiyə münasibətləri" mövzuları ətrafında müzakirələr aparılıb.
"Türkiyədə Azərbaycan həftəsi" Yaxın Şərq Strateji Araşdırmalar Mərkəzi ORSAM ilə birgə keçirilən "Dəmirdən İpəkyolu: Bakı-Tiflis-Qars Dəmiryolu" mövzulu konfransı ilə yekunlaşdırılıb.
Tədbiri TOBB ETÜ Beynəlxalq əlaqələr bölməsinin direktoru Doç. Dr. Şaban Kardaş, TOBB ETÜ Rektoru Prof. Dr. Necip Camuşcu, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov və ORSAM direktoru Hasan Kanbolat salamlama nitqləri ilə açıb.
Moderatorunun SAM-ın direktoru Dr. Fərhad Məmmədovun olduğu "Bakı-Tiflis-Qars Dəmiryolu Xəttinin Tarixi" mövzulu birinci sessiyada TOBB İqtisadiyyat və texnologiya Universitetinin müəllimi Dr. Toğrul İsmayıl "Türkiye, Rusiya Federasiyası, İran, Azərbaycan, Gürcüstan və Ermənistan üçün Qafqaz: Tarix, geosiyasət və perspektivlər", Atılım Universiteti, "The Black Sea International" rəhbəri Doç Dr. Hasan Ali Karasar "Trans-Qafqaz Dəmiryolu (19-cu əsr) və Bakı-Tiflis-Qars Dəmiryolu (21-ci əsr) layihələrinin müqayisəsi" və SAM-ın baş elmi işçisi, Türkiyə koordinatoru Dr. Cavid Vəliyev "Bakı-Tiflis-Qars Dəmiryolunun Bölgənin geosiyasi vəziyyətinə təsiri" mövzularında çıxışlar edib.
"Bakı-Tiflis-Qars Dəmiryolu Xəttindən gözləntilər və ehtimal olunan problemlər" mövzulu ikinci panelin moderatoru Ankara Universiteti, Siyasi Elmlər Fakültəsinin Beynəlxalq Əlaqələr bölməsinin professoru Dr. Erel Tellal, məruzəçiləri ORSAM Məsləhət heyətinin üzvü Prof. Dr. Ahmet Kesik, İnkişaf Nazirliyi "Bakı-Tiflis-Qars Dəmiryolu Layihəsinin Türkiyənin Cənubi Qafqaz Ölkələri ilə Xarici Ticarətin həcminə təsiri" mövzusunda, ODTÜ Dosenti Dr. Oktay Tanrısever "Bakı-Tiflis-Qars Dəmiryolu Layihəsinin Avropa inteqrasiyası tərəfdən vacibliyi", Azərbaycan Diplomatik Akademiyasının elmi işçisi Taleh Ziyadov "Bakı-Tiflis-Qars Dəmiryolu Layihəsində problemlər və həll yolları", SAM-ın aparıcı elmi işçisi Zaur Vəliyev "Bakı-Tiflis-Qars Dəmiryolu Layihəsinin Cənubi Qafqaz İqtisadiyyatına mümkün təsiri" mövzularında çıxışlar ediblər.
Bununla da "Türkiyədə Azərbaycan həftəsi" Ankara konfransı ilə öz işini yekunlaşdırıb.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB