Bu gün Gəncədə inşa ediləcək tramvayın təqdimat mərasimi keçirilib. SİA-nın bölgə müxbirinin məlumatına görə, tədbirdə tramvayın inşasına cavabdeh olan "Newtl" şirkətinin nümayəndəsi ictimai nəqliyyat vasitəsi haqqında iştirakçılara məlumat verib. Bildirilib ki, tramvayın ümumi uzunluğu 25 m, eni 2m 20 sm, ağırlığı isə 23 tondur. Qeyd olunub ki, tramvay rezin təkərlər üstündə cəmi bir rels üzərində hərəkət edəcək. Bu isə nəqliyyat vasitəsinə Sovet dövründəki tramvaylarla müqayisədə səssiz olacaq. Sürəti saatda 70 km-ə qədər olacaq tramvayda iki elektrik mühərriki də quraşdırılacaq ki, bu da ekoloji baxımdan təhlükəsizdir. Tramvayın hərəkət etdiyi marşrut üzrə 12 dayanacaq quraşdırılacaq və hər dayanacaqda gəlib-getmə qrafiki elektron tabloda əks olunacaq. İlkin ehtimala görə, tramvayın rəngi mavi olacaq və üzəri milli ornamentlərlə bəzədiləcək. Tramvayın marşrutu Təcili Tibbi Yardım Xəstəxanasından dəmiryol vağzalına qədər olacaq. Tramvayla yanaşı bu marşrut üzrə velosiped yolları da inşa olunacaq və hər dayanacaqda velosipedlər kart vasitəsi ilə icarəyə veriləcək. Şirkət tramvayın istismar müddətinə 25 illik zəmanət verir. Anoloji tramvay Parisdə və Venesiyada da istifadəyə verilib.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB