Gəncədə Sahibkar qadınların problemləri müzakirə olunub FOTO

Gəncədə Sahibkar qadınların problemləri müzakirə olunub FOTO

Sahibkarklar Milli Konfederasiyasının dəstəyi və Azərbaycan Sahibkar Qadınlar ictimai birliyinin təşkilatçılığı ilə "Sahibkar qadınların maliyyə problemləri və onların kreditlə təmin olunmasi imkanları" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın bölgə müxbirinin məlumatına görə, tədbirə konfederasiyanın Qadın Sahibkarlığın inkişafı komissiyasının sədri Jalə Hacıyeva, Almaniyanın İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsi Aoneşka Çenşakin, 15 bank rəhbərliyi və kredit üzrə mütəxəssislər, eləcə də Gəncə və ətraf rayonlarda fəaliyyət göstərən 30 sahibkar qadın qatılıb. Jalə Hacıyeva qərb bölgəsi üzrə sahibkar qadınların aktivliyinin qənaətbəxş olduğunu vurğulayıb.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə