Penitensiar xidmətin rəhbərliyi tərəfindən məhkumların valideynləri, ailə üzvləri və yaxın qohumlarlnın qəbulu davam etdirilir. Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, Penitensiar xidmətin rəis müavinləri ədliyyə general-mayoru Hüseyn Əlixanov və ədliyyə polkovniki Nizaməddin Cəlilov tərəfindən məhkumların ailə üzvləri və yaxın qohumlarından müraciət edən şəxslər qəbul edilib, onların təqdim etdikləri ərizə və və şikayətlərin əksəriyyəti yerində həll edilib, o cümlədən onları narahat edən problemlər, maraqlandıran suallar, hüquqi prosedurlar barədə geniş izahat verilib.
Qəbuldan daxil olmuş müraciətlər əsasən əfv olunma, vaxtından əvvəl şərti azad etmə, məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmə, məhkumların səhhəti ilə bağlı cəzadan azad olunmaları, digər cəzaçəkmə müəssisəsinə keçirilmə ilə bağlı məsələlər olub.
Məhkumların və təqsirləndirilən şəxslərin saxlanma şəraiti ilə bağlı və xidmət əməkdaşlarının hər hansı hərəkətləri barədə şikayətlər daxil olmayıb.
Təqdim olunan müraciətlər xidmətin Katibliyi tərəfindən qeydə alınıb və nəzarətə götürülərək icra üçün aidiyyəti xidmət sahələrinə yönəldilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB