Penitensiar xidmətin bəzi əməkdaşlarına ədliyyə polkovniki rütbəsi verilib

Penitensiar xidmətin bəzi əməkdaşlarına ədliyyə polkovniki rütbəsi verilib

Penitensiar xidmətin bəzi əməkdaşlarının rütnəsi artırılıb. Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, Azərbaycan Ədliyyəsinin 95 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Ədliyyə naziri I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədovun əmri ilə Penitensiar xidmətin aşağıdakı əməkdaşlarına ədliyyə polkovniki rütbəsi verilib.

- Vüqar Əsədov – Penitensiar xidmətin Katibliyinin rəisi

- Mübariz Məmmədov – Penitensiar xidmətin Məhkumların əməyinin təşkili şöbəsinin rəisi

- Fikrət Qafarov - Penitensiar xidmətin 1 saylı cəzaçəkmə müəssisəsinin rəisi

Bütün xəbərlər Facebook səhifəmizdə