Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov dekabrın 5-də saat 10:00-da xidmətin Masallı Rayon Şöbəsinin inzibati binasında (Masallı şəhəri, Heydər Əliyev prospekti, 25) Biləsuvar, Cəlilabad, Lənkəran, Lerik, Yardımlı, Astara və Masallı rayonlarının sakinlərini qəbul edəcək.
Qəbula yazılmaq istəyən vətəndaşların dekabrın 4-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbə və bölmələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB