Şəhriyar Məmmədyarov: Əsas məqsəd 2015-ci il Dünya Kubokunda, 2016-cı il Şahmat Olimpiadasında qələbə qazanmaqdır
"Sizin hər bir böyük qələbədən sonra bizimlə görüşünüz bizi daha yüksək qələbələrə, daha da yaxşı nəticələr göstərməyə, həvəslə məşğul olmağa ruhlandırır. Çünki 2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsinə dair Dövlət Proqramı qəbul edilmişdir. Bu Proqramın nəticəsində Azərbaycanın bütün bölgələrində, rayonlarında, hər bir yerində şahmata çox böyük fikir verilir. Ona görə də bütün bu nəticələr, Avropa çempionatında uğurlarımız Sizin şahmata diqqət və qayğınızın nəticəsidir". Bunu Şahmat üzrə Azərbaycanın milli komandasının üzvü Şəhriyar Məmmədyarov əldə olunan qələbələrin ölkədə şahmatın inkişafına göstərilən qayğının təzahürü olduğunu bildirərək deyib.
Onun sözlərinə görə, son 6 ildə biz 4 Avropa çempionatında iştirak etmişik: "Bu çempionatların dördündə də medal qazanmışıq. Heç bir Avropa ölkəsi belə nəticə göstərə bilməyib. İnanmıram ki, kimsə, hansısa ölkə bunu təkrarlaya bilsin. Azərbaycan milli komandası iki dəfə Avropa çempionu olub. Qarşımızda duran əsas məqsəd əlbəttə ki, 2015-ci il Dünya Kubokunda, 2016-cı il Şahmat Olimpiadasında qələbə qazanmaqdır. Bütün şahmatçılar adından söz veririk və çalışacağıq ki, bundan sonra da Azərbaycanı layiqincə təmsil edək. Azərbaycanın adı həmişə bizim üçün birinci olub. Biz şahmatçılar çalışırıq ki, getdiyimiz yarışlarda Azərbaycanın birinci olduğunu sübut edək. Zənnimcə, bu, bizdə pis alınmır. Gələcəkdə də çalışacağıq ki, daha yaxşı olsun".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB