Ombudsman 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə "Mən və hüquqlarım" mövzusunda uşaq rəsmlərinin ənənəvi müsabiqəsini keçirir. Müsabiqədə 18 yaşınadək uşaqlar və yeniyetmələr iştirak edə bilərlər. Aparatın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, rəsmlər A3 formatda işlənməli və bu rəsmlərin müəllifləri haqqında qısa məlumat, həmçinin müsabiqə iştirakçılarının bir ədəd fotoşəkli (4x5 ölçüdə) 2 dekabr 2013-cü il saat 18:00-dək Ombudsman Aparatına (Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi, Hökumət evi, II qapı) təqdim edilməlidir.
Müsabiqənin qalibləri aşağıdakı meyarlara uyğun seçiləcək:
· Rəsm əsərinin müsabiqənin mövzusuna uyğun olması;
· BMT-nin Uşaq Hüquqları Konvensiyasının müvafiq müddəasının rəsmlərdə öz əksini tapması;
· Rəsmin mövzu, ideya, işlənmə texnikası və üslub baxımından orijinallığı.
İştirakçılar rəsmlərini müsabiqə başa çatdıqdan sonra iki ay ərzində geri götürə bilərlər. Qalib hesab edilən rəsmlər geri qaytarılmır.
Əlaqə telefonu: 493-94-68
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB