Ombudsman yazı müsabiqəsinə start verib

Ombudsman yazı müsabiqəsinə start verib

Ombudsman 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə "Hüquqlar – hamı üçün!" mövzusunda jurnalist yazılarının ənənəvi müsabiqəsini keçirir.

Aparatın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, müsabiqə üçün yazılar 2 dekabr 2013-cü il saat 18:00-dək Ombudsman Aparatına (Ü.Hacıbəyli küçəsi, Hökumət evi, II qapı) təqdim edilməlidir.

Müsabiqəyə ünvanlanmış yazıların respublikamızda çıxan hər hansı bir qəzetdə dərc olunması və müəlliflərin münsiflər heyətinə özləri haqqında qısa məlumat və bir ədəd fotoşəkil (4x5 ölçüdə) göndərməsi mütləq şərtdir.

Bütün xəbərlər Facebook səhifəmizdə