QHT-lərə Dövlət Dəstəyi Şurası ənənəvi ictimai müzakirə keçirdi FOTO

QHT-lərə Dövlət Dəstəyi Şurası ənənəvi ictimai müzakirə keçirdi FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası növbəti ilin maliyyə yardımı müsabiqəsi ilə bağlı ictimai dinləmələr keçirib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə Şura sədri Azay Quliyev açıb.

Artıq ənənə halı alan ictimai müzakirələrin keçirilməsi haqda danışan Şura sədri bildirib ki, dinləmələrin əsas məqsədi QHT-lərin 2014-cü ilin maliyyə müsabiqəsi ilə bağlı təkliflərini öyrənməkdir.

Şura sədri onu da qeyd edib ki, növbəti il bir neçə müsabiqə elan olunacaq.

Sonra QHT təmsilçiləri fəaliyyət göstərdikləri sahələr üzrə mövzu və təkliflər irəli sürüblər.

A.Quliyev səsləndirilən təkliflərin əhəmiyyətini və onların əhatə etdiyi mövzuların ictimai aktuallığını qeyd edib və cəmiyyət üçün vacib ictimai, sosial-mədəni məsələlərin gündəmdə olacağını diqqətə çəkib.

Bütün xəbərlər Facebook səhifəmizdə