Bakı İstintaq təcridxanasına telefon keçirilməsinin qarşısı alınıb
Penitensiar xidmətin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisədə qadağan edilmiş əşyaların aşkar olunması istiqamətində tədbirlər davam etdirilir. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanilan 1987-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Faiq Ənvər oğlu Alıyevin üzərinə baxış keçirilərkən əynindəki idman paltarının sol yan cibindən daxilində "Cin" danışıq kartı olan 1(bir) ədəd "Kenxinda" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB