Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov noyabr ayının 29-da saat 1100-da Salyan rayonunda Ərazi Kənd Təsərrüfatı İdarəsində (Ünvan: Salyan şəhəri, Heydər Əliyev küçəsi, 107) Salyan, Neftçala, Hacıqabul, Sabirabad, Saatlı, Biləsuvar, Cəbrayıl rayonlarının sakinləri ilə görüşəcəkdir.
Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə iştirak etmək istəyən vətəndaşların qeydiyyatı Salyan Ərazi Kənd Təsərrüfatı İdarəsi (Əlaqə telefonu: 02125 55095; (050) 317 58 00) tərəfindən həyata keçiriləcəkdir. Qəbula yazılmaq istəyən vətəndaşlar həmçinin Kənd Təsərrüfatı Nazirliyinin elektron poçtu ([email protected]) vasitəsilə də qeydiyyatdan keçə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB