Azercell Mobil İnternet istifadəçiləri üçün endirim etdi

Azercell Mobil İnternet istifadəçiləri üçün endirim etdi

Azərbaycanın lider mobil operatoru "Azercell Telekom" MMC Mobil İnternet istifadəçiləri üçün endirim etdi. SİA-nın məlumatına görə, indi Azercell abunəçiləri internetdən daha sərfəli şərtlərlə istifadə edəcəklər. Belə ki, 19 noyabr tarixindən etibarən abunəçilər 1GB Data paketini əldə etmək üçün 10 AZN deyil, 6 AZN ödəyəcəklər. Şirkət yeni sərfəli Data paketlərini də istifadəyə verib. Artıq internet istifadəçiləri 3GB paketini 12 AZN-ə, 9GB paketini 18 AZN-ə, 18GB paketini isə 24 AZN qiymətinə sifariş edəcəklər. Eyni zamanda "Tələbə 1-liyi" tarif paketi abunəçiləri üçün bütün paketler üzrə 20% endirim tətbiq ediləcək. İnternet paketindən istifadə müddəti Fakturalı xətt abunəçiləri üçün – 1 faktura dövrü,SimSim abunəçiləri üçün – 30 gündür.İnternet paketlərindən yararlanmaq üçün müvafiq açar sözünü seçib 2525-ə göndərmək lazımdır.

İnternet paket

Açar sözü

Paketin qiyməti

30 MB

30

1 AZN

100 MB

100

2 AZN

300 MB

300

3 AZN

1 GB

1000

6 AZN

3 GB

3000

12 AZN

9 GB

9000

18 AZN

18 GB

18000

24 AZN

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

"Azercell Telekom" MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, GPRS/EDGE, 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 53% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2012-ci ilin sonuna Azercell abunəçilərinin sayı 4,4 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4G xidmətini təqdim etmişdir. 2013-cü ildə Azercell ölkənin mobil operatorları arasında mobil elektron imza xidməti Asan imza sistemini tətbiq edən ilk operator oldu. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə