Bu gün Bakı Dövlət Universitetində Yeni Azərbaycan Partiyasının 21-ci ildönümü münasibətilə tədbir keçirilib. BDU-nun mətbuat və informasiya şöbəsindən SİA-ya verilən məlumata görə, tədbiri girişi sözü ilə universitetin rektoru, akademik Abel Məhərrəmov açıb.
Rektor YAP-ın Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yarandığından, Ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən, ölkə həyatında - siyasətində, iqtisadiyyatında, elm və təhsilində, digər sahələrdə həyata keçirdiyi islahatlardan, möhtəşəm layihələrdən bəhs edib.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov dövlətimizin formalaşması, inkişafı və dünyada tanınmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz rolundan bəhs edib.
Bildirib ki, Ulu öndər 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışından sonra ciddi xarici geosiyasi müdaxilələrə, kəskin daxili ictimai-siyasi, iqtisadi və mənəvi böhrana, günü-gündən güclənən milli-vətəndaş qarşıdurması və s. neqativ hadisələrə baxmayaraq, müstəqil Azərbaycanın milli dövlətçiliyini qoruyub saxlaya bilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB