Lerikdə YAP-ın 21-ci ildönümü qeyd olunub FOTO

Lerikdə YAP-ın 21-ci ildönümü qeyd olunub FOTO

Bu gün Lerikdə Yeni Azərbaycan Partiyasının yaranmasının 21-ci ildönümünə həsr olunmuş geniş tədbir keçirilib.

SİA-nın məlumatına görə, tədbir iştirakçıları öncə Yeni Azərbaycan Partiyasının banisi, Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə tər çiçəklər düzüblər.

Tədbir rayon İcra Hakimiyyətinin akt zalında davam edib.

YAP Lerik rayon təşkilatının sədr müavini Cəlil Baxşıyev çıxış edərək bildirib ki, 21 il zaman kəsiyi baxımından çox da uzun olan bir vaxt deyil: "Artıq tarixə çevrilən bu illər hər birimizin gözləri qarşısında Yeni Azərbaycan Partiyasının yaranması və inkişafı dövrü kimi canlanmaqdadır. Məhz 21 il öncə 21 noyabr tarixindən YAP möhtəşəm bir güc mərkəzi kimi Azərbaycanın siyasi həyatına daxil oldu və Heydər Əliyevin ideyaları ətrafında birləşən qüvvələrin fəaliyyəti daha da mütəşəkkil xarakter aldı. Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatına Heydər Əliyev partiyası kimi daxil olması cəmiyyətimizdə bu partiyanın yerini müəyyənləşdirən ən başlıca amil idi".

Daha sonra çıxış edən YAP rayon təşkilatının Şura üzvü Hüseynbala Əliyev, veteran YAP üzvü, rayon ağsaqqallar şurasının sədri Həmzə Vəliməmmədov, rayon təşkilatı Gənclər Birliyinin sədri Zamiq Əhədov çətin şəraitdə yaradılan YAP-ın öz fəaliyyətində dünyəvi prinsipləri, müstəqillik və dövlətçiliyin qorunmasını, ədalətlilik və humanizmi, xalqın mənafeyini uca tutduğunu qeyd ediblər.

Çıxışçılar məhz bu prinsiplərlə qısa vaxtda xalqın tələbi, arzu və istəyi ilə iqtidar partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının bu gün 600 mindən artıq üzvü olsa da, onu sevənlərin, siyasi kursunu dəstəkləyənlərin milyonlarla olduğunu bildirdilər.

Tədbirin yekununda Azərbaycan Respublikası Prezidentinə müraciət qəbul edildi.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə