Azərbaycan Milli QHT Forumu tərəfindən həyata keçirilən "2013-cü il ərzində regionlarda sağlamlıq imkanları məhdud insanların hüquqlarının müdafiəsi istiqamətində maarifləndirmə işinin təşkili" layihəsi çərçivəsində növbəti tədbirlər Gədəbəy və Tovuz rayonlarında keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan MQF-nin prezidenti Rauf Zeyni MQF-nin yaranması, fəaliyyəti, QHT-lərin inkişafı, vətəndaş cəmiyyətinə dövlət dəstəyi, QHT-hökumət münasibətləri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstək verdiyi layihələr, regionlarda əlillərə və sağlamlıq imkanları məhdud şəxslərə qayğı mərkəzlərinin yaradılması haqqında tədbir iştirakçılarını ətraflı məlumat verdi.
R.Zeyni əlilliklə bağlı dövlət siyasətinin həyata keçirilməsi, Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalar, dövlət tərəfindən əlillərə göstərilən qayğı və s.barədə fikirlərini bildirdi.
Layihə çərçivəsində çap olunan bukletlər tədbir iştirakçılarına paylanıldı.
Qeyd edək ki, Milli QHT Forumu tərəfindən "2013-cü il ərzində regionlarda sağlamlıq imkanları məhdud insanların hüquqlarının müdafiəsi istiqamətində maarifləndirmə işinin təşkili" layihəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə bu ilin sonunadək həyata keçiriləcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB