QHT-lərə maliyyə yardımının ayrılması ilə bağlı dinləmələr keçirilib
Azərbaycan Resbublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası növbəti ilin maliyyə yardımı müsabiqəsi ilə bağlı ictimai dinləmələr keçirib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən Şura sədri Azay Quliyev bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd QHT-lərin maliyyə müsabiqəsi ilə bağlı təkliflərini öyrənməkdir.
Tədbirdə çıxış edən QHT rəhbərləri ölkədə miqrasiya potensalının öyrənilməsi, etnik qrupların ehtiyaclarının indeksləşdirilməsi, əlillərin hüquqlarının müdafiə edilməsi, KİV-də və ictmai-iaşə obyektlərində Azərbaycan dilindən istifadə sahəsində problemlərin aradan qaldırılması, ibtidai və peşə təhsili, məhəllə komitələrinin yaradılması ilə bağl mövzular təklif ediblər.
Azay Quliyev, həmçinin bildirib ki, Şura gələcəkdə yerli və xarici QHT-lərlə birgə layihələr həyaya keçiriəcək:" 95 layihə təqdim olunub. Onlardan 30-u Şura tərəfindən maliyyələşdirilib. Pilot layihə olduğuna görə hələlik ad açıqlanmır. Gələcəkdə QHT internet telekanlanının yaradılması da planlaşdırılır. Hazırda təklif üzərində iş gedir, beynəlxalq qurumlarla müzakirə aparılır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB