Qış mövsümünə hazırlıq istiqamətində bir sıra tədbirlər həyata keçirilib

Qış mövsümünə hazırlıq istiqamətində bir sıra tədbirlər həyata keçirilib

İstehlakçıların elektrik enerjisinə olan tələbatını tam və keyfiyyətli şəkildə ödəmək məqsədilə generasiya güclərinin artırılması ilə yanaşı, paylayıcı elektrik şəbəkələrinin də genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. Digər enerji obyektləri kimi "Gəncə REŞ"in balansında olan "Göygöl" EŞ-in xidməti ərazisində də yenidənqurma və təmir işləri uğurla həyata keçirilir.

"Azərenerji" ASC-nin SİA-ya verdiyi məlumata görə, həmişə olduğu kimi, cari ilin 10 ayında da kollektiv istismar səviyyəsinin yüksəldilməsi və qış mövsümünə hazırlıq istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Belə ki, sayac uçot sisteminin qaydaya salınması, ödənişlərin səviyyəsinin yüksəldilməsi ən əsası isə istehlakçılara göstərilən xidmətin səviyyəsinin daha da yaxşılaşdırılması məqsədilə sözügedən dövrdə 1000-ə yaxın smartkart tirli sayğac quraşdırılmış, 6 kV-lik hava xətlərinin 18 kilometrə yaxın hissəsi kabel xəttinə keçirilib. Eyni zamanda 10 və 6 kV-lik xətlərin 7 km-dən artıq hissəsində müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş, o cümlədən 700 metrə yaxın xətdə əsaslı təmir işləri görülüb. 0,4 kV-lik şəbəkənin isə 13 km-ə yaxın hissəsinidə əsaslı və cari təmir işləri də aparılmışdır. Yeri gəlmişkən, sözügedən dövrdə bir ədəd Qapalı Mərkəzi Paylayıcı Qurğu (QMPQ) və üç TM-də də quraşdırılıb.

Qeyd edək ki, şəbəkənin xidməti ərazisində olan 100-ə yaxın transformator məntəqəsində müxtəlif təyinatlı təmir işləri həyata keçirilib. Bütün bunlarla yanaşı müxtəlif gücdə 10 transformator da təmir edilərək təkrar şəbəkəyə qoşulub.

Məlumatda o da bildirilir ki, həyata keçirilən tədbirlər nəticəsində müəssisənin texniki iqtisadi göstəricilərində müsbət dinamika müşahidə edilib. Belə ki, müəssisə üzrə cari ilin oktyabr ayındakı ümumi istehlak ötən ilin eyni dövründəki istehlak ilə müqayisədə 1,1 milyon kilovatsaata yaxın artaraq 7,6 milyon kilovatsaatdan artıq olub. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə 2,6 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilib ki, bu da ötən ilin eyni dövründəki göstəricidən 345 min kilovatsaata yaxın çoxdur. Hesabat dövründə ödəniş isə ötən ilin eyni dövrü ilə müqayisədə mütləq 17 faizdən çox artmışdır. Onu da qeyd edək ki, cari ilin 10 ayı ərzində isə ümumilikdə 73,4 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilib. Ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə istehklak 5,1 milyon kilovatsaata yaxın artmış, ödənişdə isə mütləq artım 10 faizdən artıq olub. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə bu göstəricilər müvafiq olaraq 21 milyon kilovatsaatdan artıq, 563 min kilovatsaata və 8 faizə yaxın olub. Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, cari ilin oktyabr ayında müəssisənin xidməti ərazisində keçirilən reydlər zamanı 69 istehlakçının sayğac uçot komplektində pozuntu faktı aşkar edilib. Aşkar edilən qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış, 306,9 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 18,4 min manatdan çox istehlak dəyəri bərpa edilib.

Yeri gəlmişkən, cari ilin 10 ayı ərzində isə sözügedən qayda pozuntusuna görə müəssisənin xidməti ərazisində 380-a yaxın akt tərtib olunan, 2 milyon 863,5 min kilovatsaata yaxın itirilən elektrik enerjisinin 171,8 min manatdan artıq istehlak dəyəri bərpa edilib. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 76 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Onu da qeyd etmək yerinə düşərdi ki, cari ilin oktyar ayında müəssisə üzrə aşkar edilən qayda pozuntularına görə bir istehlakçının (10 ay ərzində isə 8 istehlakçının) sənədləri tədbir görülməsi üçün hüquq – mühafizə orqanlarına göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə