"Şura Qrant xatirinə fəaliyyət göstərən QHT-lərin qarşısının alınması ilə bağlı iş aparacaq". SİA-nın məlumatına görə, bunu QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quıiyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu cür halların qarşısıın ən alınması istiqamətində Şura təlimlər keçirməyi planlaşdırır: "Həmin QHT-lər maliyyələşdirilməməlidir. Qrant almaq üçün layihə təqdim edən QHT-lərlə yeganə mübarizə yolu onlarla iş aparmaq və onları bu istiqamətdə maarifləndirməkdir. Belə QHT-lərə maliyyə ayrılması yolverilməzdir. Əgər bir neçə dəfə onlara maliyyə ayrılmazsa o zaman onlar məsələnin mahiyyətinin hamıya məlum olduğunu başa düşəcəklər. O zaman düşünürük ki həmin QHT-lər öz fəaliyyətlərində dəyişikliklər edəcəklər. QHT-lərin əsas fəaliyyəti cəmiyyəti düşündürən məsələlərin, problemlərin həlli ilə bağlı çalışmaq bu istiqamətdə töhvə verməkdir. Ona görə də bu cür halların qarşısının alınması istiqamətində Şura tərəfindən maarifləndirilmə işi həyata keçiriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB