"Hesabatı vaxtında təqdim etməyən QHT-lərlə əməkdaşlıq etməyəcəyik" XƏBƏRDARLIQ

"Hesabatı vaxtında təqdim etməyən QHT-lərlə əməkdaşlıq etməyəcəyik" XƏBƏRDARLIQ

"Biz yeganə donor təşkilatıyıq ki, QHT-lərə tam sərbəstlik və onların rahatlığı üçün bütün imkanlar yaratmışıq". SİA-nın məlumatına görə, bu sözləri QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev jurnalistlərə verdiyi açıqlamasında deyib.

O bildirib ki, bəzi QHT-lərdə belə bir rəy yaranır ki, Şura milli donordur və hesabatları gecikdirə, onun keyfiyyətinə əməl etməyə bilərlər: "Bu, özünü vaxtında maliyyə hesabatlarının verilməməsində göstərir. Bəzi QHT-lər müqavilə öhdəliyində olan bir çox məsələlərə əməl etmirlər. Bununla bağlı biz QHT-lərə dəfələrlə xəbərdarlıq edirik. Əgər bu xəbərdarlıqlar nəticə vermirsə, onlarla bağlı konkret qərar qəbul edirik. İki il müddətində bizim elan etdiyimiz layihələrdə iştirak hüququndan məhrum edilirlər. Bundan sonra isə həmin QHT-lər bizimlə əməkdaşlıq işlərində dönüş yaradırlar. Elə QHT-lər var ki, onların hesabat dövrü başa çatıb. Vaxtında hesabatı təqdim etməyən QHT-lərlə əməkdaşlıq etməyəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə