Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev noyabrın 29-da saat 11:00-da Şirvan Gömrük İdarəsinin inzibati binasında bu bölgədən olan vətəndaşları qəbul edəcək.
DGK Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən rayonların - Şirvan, Kürdəmir, Ağsu, Şamaxı, Zərdab, Saatlı, Sabirabad, Hacıqabul rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB