Azay Quliyev: "Layihələrin ekspertizası elektron şəkildə həyata keçiriləcək" AÇIQLAMA

Azay Quliyev: "Layihələrin ekspertizası elektron şəkildə həyata keçiriləcək" AÇIQLAMA

"Əvvəlki illərə nisbətən layihələrin yazılışında xeyli fərq var. Bunun da səbəbi odur ki, biz həm Bakıda, həm də regionlarda QHT-lərə təlimlər keçirik". SİA-nın məlumatına görə, bu sözləri QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Şura həm layihələrə nəzarət edir, həm maliyyə ayırır, həm də onları təlimatlandırır: "Bütün bunlar o demək deyil ki, vəziyyət ideal haldadır. Elə QHT-lər var ki, onlar nə etdiklərini bilmir və məqsədləri qrant almaqdan ibarətdir. Bu yolverilməzdir. Təbii ki, QHT-lərin öz maliyyə mənbələri yoxdur. Yalnız onlar işlərini layihələrə ayrılan maliyyə hesabına qururlar. Şura yarandığı gündən QHT lərə öz dəstəyini əsirgəmir".

Qurumun elektron hökumətə keçməsi məsələsinə gəldikdə A. Quliyev bildirib ki, hər bir qurumun elektron hökümətə keçməsi şəffaflığın artmasına səbəb olur:"Bu, işlərin daha çevik həyata keçirilməsinə şərait yaradır. Bu ildən layihələrin ekspertizası elektron şəkildə həyata keçiriləcək. Bunun da nəticəsində QHT-lər layihələrini Şuraya çap şəklində təqdim etməyəcəklər. Bütün bunlar ona hesablanıb ki, Şuranın ekspertləri ilə partnyorlar arasında əlaqələr minimuma ensin. Bununla da neqativ halların qarşısı alınacaq. Bu işin mənimsənilməsi sahəsində hələ də problemlər mövcuddur. Müəyyənləşdirmişik ki, gələn ildən etibarən istər Bakıda, istərsə də regionlarda bu istiqamətdə QHT-lərə təlimlər keçək".

Bütün xəbərlər Facebook səhifəmizdə