Şəmkir xırniyinin Rusiya bazarlarına daşınması çətinləşib

Şəmkir xırniyinin Rusiya bazarlarına daşınması çətinləşib

Adətən Rusiya bazarlarında baha qiymətə satılan xırniyin bu ölkəyə daşınmasında problem yaranıb. Bu səbəbdən də bağ sahibləri məhsullarını yerli bazarlarda və yaxud da başqa ölkələrdə satmaq haqqında düşünür. Hazırda kefiyyət baxımından digərlərindən fərqlənən Şəmkir xirniyi soyuducu vaqonlarda saxlanılır. Hər il olduğu kimi, bu mövsüm də ölkəmizdə xırniyin məhsuldarlığı ürəkaçandır. Bağlarda sözügedən meyvənin bolluğu, eləcə də məhsulun Rusiyaya daşınmasında yaranan problem yerli bazarlarda qiymətlərin ucuzlaşmasına səbəb olub. Hazırda Şəmkir Dəmir Yolu Stansıyasının ərazisində xırniklə dolu 120 soyuducu vaqon saxlanılır. Dəmir yolu rəsmiləri məhsulun xarab olmayacağına zəmanət vermir.

SIA-nın bölgə müxbirinin xəbərinə görə,iş adamları vaqonlarda məhsulu saxlamağın əlavə xərc olduğunu deyir. Onların fikrincə, məhsul bazara nə qədər tez çatdırılsa xərc o qədər az olar. Şəmkir rayon İcra Hakimiyyətindən də SİA-ya bildriblər ki, bu il rayonda xırniy boldur. Mövcud olan 1500 hektar xırnik bağından ən azı 40 min ton məhsul götürüləcəyi proqnozlaşdırılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə