Cəzaçəkmə müəssisələrinə başçəkmə davam edir

Cəzaçəkmə müəssisələrinə başçəkmə davam edir

Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri mütəmadi başçəkmələri davam etdirir. Ombudsman Aparatının mətbuat xidmətindən SİA-ya verilən xəbər görə, bu günlərdə qrup üzvləri Daxili İşlər Nazirliyinin Biləsuvar və Salyan rayon polis şöbələrinin (RPŞ) müvəqqəti saxlanma yerlərinə (MSY) planlı başçəkmələr həyata keçirib, burada saxlanılan şəxslərlə görüşmüş, onlara hüquqlarını izah ediblər.

MSY-lərdə saxlanılan şəxslər rəftarla və saxlanılma şəraiti ilə bağlı şikayət etməyiblər.

Eyni zamanda Salyan RPŞ-nin MSY-də araşdırma zamanı bəzi nöqsanlar, o cümlədən sənədləşmə ilə bağlı çatışmazlıqlar aşkar olunub.

Ombudsman tərəfindən başçəkmələrin nəticələri və nöqsanların aradan qaldırılması ilə bağlı Daxili İşlər nazirinə müraciət olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə